ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, diplomat ABŞ-nin 3 QHT-sinin Rusiyada arzuolunmaz təşkilat elan edildiyi barədə məlumatlandırılıb.
Səfirə Rusiyada arzuolunmaz təşkilat kimi elan edilən bu QHT-lərə yardımı dayandırmağı tələb edən nota da təqdim olunub.
L.Treysiyə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq./Report