İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb.
Mia.az xəbər verir ki, hərrac rəqabətli olub. İlkin qiyməti 1000 manat olan QAZ-31105 markalı avtomobil 2620 manata özəlləşdirilib.
Hərracda satılmış əmlakların siyahısı ilə https://clck.ru/39EKj2 linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 12-13 martda keçiriləcək. Hərraclara 85 nəqliyyat vasitəsi, "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının balansında olan 20 daşınmaz əmlak çıxarılacaq.