"Qəzza zolağında vəziyyət atəşkəs danışıqlarının uzadılmasına dözüm gətirə bilməz".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə İngiltərə parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüşdə deyib.

Prezident bildirib ki, Qəzza zolağında vəziyyət fəlakət həddini çoxdan aşıb, dərhal atəşkəs olmalıdır: "Atəşkəs danışıqlarının uzadılması qəbuledilməzdir. Tərəflər və beynəlxalq birliyin gecikməyə haqqı yoxdur...".

Xatırladaq ki, martın 3-dən Misirin paytaxtı Qahirədə Misir, ABŞ, Qətər və HƏMAS-ın iştirakı ilə atəşkəs danışıqları aparılır.

Firudin Səfərli

MİA.AZ