"Seksenler" serialında "Zəfər" obrazı ilə daha çox tanınan aktyor Efe Deprem dünən gecə saatlarında istanbulda motosikleti ilə keçirdiyi yol qəzasında həyatını itirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 41 yaşlı Efe Deprem idarə etdiyi motosikletdə idarəetməni itirərək baryerlərə çırpılıb.
Məlumata görə, aktyor elə hadisə yerində ölüb.
Hadisə ilə bağlı aktyorun aktrisa olan xanımı Burcu Altın Deprem "instaqram" hesabında menecer şirkətinin yaydığı açıqlamanı paylaşıb.
Ləman
MİA.AZ