"Qanlı Çiçəklər" serialının baş rol ifaçısı Yağmur Yüksel məhkəməyə müraciət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə haqqında yazılan təhqiramiz fikirlər olub.
Təhqir xarakterli şərhlərə girişi bloklayan və bundan sonra qanuni mübarizə aparacağını bildirən Yağmur Yükselin vəkili bu barədə qısa açıqlama yayıb.
Vəkil bildirib ki, nalayiq və təhqiramiz şərhlərin bir qismi müraciətləri əsasında silinib və ya bloklanıb. O, buna paralel olaraq belə davrananlara qarşı hüquqi prosedurın başladığını da qeyd edib.
Ləman
MİA.AZ