İsrailin HƏMAS ilə əsir mübadiləsi çərçivəsində azad elədiyi fələstinliləri yenidən həbs edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyinin sözçüsü Emani Serahine Anadlou Agentliyinə açıqlama verib.
O bildirib ki, İsrail HƏMAS-la anlaşma əsasında bir müddət əvvəl sərbəst buraxdığı 11 fələstinlini yenidən saxlayıb: "Onlar hər hansı bir səbəb olmadan həbs ediliblər...".
Sözçü qeyd edib ki, 7 oktyabr 2023-cü il tarixindən bu günədək qanunsuz saxlanılanların sayı 7422-yə yüksəlib.
Firudin Səfərli
MİA.AZ