“Elca” MMC “Soliton” LTD-ni məhkəməyə verib.
Mia.az Banker.az-a istinadla xəbər verir ki, “Elca” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
“Elca” ilə “Soliton” arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsidir.
1992-ci ildə fəaliyyətə başlamış Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə bu günə qədər fəaliyyətini davam etdirməkdədir.