7 oktyabr 2023-cü ildən Qəzzada başlayan müharibədə ölənlərin statistikası açıqlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti hesabat açıqlayıb.
Hesabata əsasən, Qəzzada indiyədək həyata keçirilən hücumlarda 13 min 430 uşaq, 8900 qadın öldürülüb: "Ümumilikdə isə 30 534 nəfər bombardmanlarda həlak olub, 71920 nəfər isə yaralanıb. Ölənlər arasında 132 nəfər isə jurnalistdir...".
Tahir Şəlvəli
MİA.AZ