Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ-a yollanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Kəşfiyyatın direktoru İbrahim Kalın ABŞ-da Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək: "MİT sədrinin gündəmində ikitərəfli əlaqələrlə yanaşı, PKK, FETÖ, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə ilə bağlıı fikir bübadiləsi olacaq. Bundan əlavə, Qəzza, İraq, Suriya, Rusiya - Ukrayna müharibəsi və Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələr aparılacaq".
Zülfiyyə
MİA.AZ