Əməkdar artist Sənubər İsgəndərli 1996-cı ildə yenidən lentə alınan Xalq yazıçısı Anar Rzayevin “Beş mərtəbəli evin, altınca mərtəbəsi” filminə çəkilməsindən peşman olub. 

Bu haqda aktrisa qonaq olduğu “Cümə axşamı” verilişində danışıb. 

Aparıcı Saleh Bağırovun “Dediniz ki, indiki ağlım olsaydı, çəkilməzdim”sözlərinə Sənubərin cavabı belə olub:  “Bir çox səbəbləri var idi. Film istədiyim kimi alınmadı. Ona görə peşman oldum. Orada Zaur obrazını Elxan Cəfərov canlandırmışdı”.

Qeyd edək ki, sözügedən ekran əsərində “Təhminə” obrazını Sənubər İsgəndərli canlandırıb(Bizim.Media)