İsrail Qəzzada fələstinlilərin kütləvi məzarlığını bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzanın şimalındakı Mülki Müdafiə Birliyinin rəisi Əhməd əl-Kəhlut jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, qırıcı təyyarələr Cibaliya Qaçqınlar Düşərgəsində yüzlərlə fələstinlinin birlikdə basdırıldığı kütləvi qəbiristanlığına zərbələr endirib.

Kahlut qeyd edib ki, zərbələr nəticəsində cəsəd qalıqları torpaq üzünə çıxıb: "Çox dəhşətli vəziyyət yaranılb. Hazırda cəsəd qalıqlarını ətrafdan toplayaraq yenidən basdırmağa çalışırıq".

Xatırladaq ki, İsrail ordusu dünən Qəzzanın şimalında yüz minlərlə ac insanın gözlədiyi daha bir humanitar maşını zərbə endirib. Nəticədə maşının ətrafında olan 9 nəfər ölüb, onlarla insan yaralanıb. Fevralın 29-da isə humanitar yardım gözləyən fələstinlilərin bombalanması nəticəsində 118 nəfər ölnüş, 760 nəfər isə yaralanmışdı.

Tahir Şəlvəli

MİA.AZ