İsrail Qəzzada humanitar yardım gözləyən fələstinliləri yenə bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama yayıb.
O iddia edib ki, İsrail ordusu Qəzzanın şimalında yüz minlərlə ac insana qarşı "sistemli soyqırım" siyasətini davam etdirir: "Bu gün də İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsindəki Deyr-Belahda humanitar yardım maşını hədəf alması nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb".
Xatırladaq ki, İsrail ordusu fevralın 29-u səhər saatlarında Nablusi qovşağında humanitar yardım gözləyən fələstinliləri və maşınları bombalamışdı. Nəticədə 118 nəfər ölnüş, 760 nəfər isə yaralanmışdı.
Firudin Səfərli
MİA.AZ