Haitidə xoas nəzarətdən çıxıb. Artıq küçələrdə polislə açıq döyüş gedir, bir sıra dövlət qurumlarına, maşınlara, iaşə obyektlərinə od vurulur.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Hüquq-mühafizə orqanları ard-arda açıqlamalar veriblər.

Bildirilib ki, şənbə günü başlayan toqquşmalardan sonra Haitinin paytaxtı Port-o-Prinsdəki Cəzaçəkmə Müəssisəsindən yüzlərlə məhbus qaçıb.

Polisin məlumatına görə, Haitidə zorakılıqlar pik həddə yüksəlib, şəhərdə tez-tez küçə döyüşləri yaşanır.

Haiti Polis Departamenti iğtişaş və quldurluq hadisələrinin qarşısını almaq üçün məmurların silahlanmasını vacib sayıb: "Əgər cinayətkar dəstələr uğur qazanarsa, bizim işimiz bitəcək”.

Açıqlamaya görə, həbsdən qaçan 3 min məhbuzun çoxu küçələrdə sərbəst gəzir, iğtişaşlarda, quldurluq hadislərndə əhəmiyyətli rol oynayır: "Paytaxtda bəzi polis məntəqələri, beynəlxalq hava limanını və sair obyeklərdə atışma səsləri artıb".

Həbsxanadan yüzlərlə məhbusun qaçmasını təmin edən "Barbekü" kimi tanınan çete lideri Cimmi Çerizier baş nazir Ariel Henrini devirənə qədər dayanmayacaqlarını bəyan edib. O, yerli polis və orduya müraciət edib: "Biz Haiti polisindən və hərbçilərindən məsuliyyəti öz üzərinə götürmələrini və Ariel Henrini həbs etmələrini tələb edirik. Bir daha deyirəm, əhali bizim düşmənimiz deyil. Silahlı dəstələr sizin də düşməniniz deyil. Ancaq siz ölkənin xilası üçün baş nazir Ariel Henrini həbs etməlisininz. Yoxsa biz ölkəni azad edəcəyik. Bizim silahlar ölkəni dəyişəcək".

Haiti hüquq-mühafizə orqanlarından CNN-ə bildirilib ki, silahlı dəstələr artıq 4 polisi qətlə yetirib.

Məlumatda deyilir k, silahlı quldurların tələbi qəbul edilməyəcək.

Firudin Səfərli

MİA.AZ