Qəzzada həlak olan mülki əhalinin sayı hər keçən gün çoxalır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi son məlumatı yayıb.
Bildirilib ki, İsrail ordusu son 24 saatda Qəzzada 16 bölgəni bombalayıb: "Nəticədə daha 193 fələstinli öldürülüb, 920 nəfər isə yaralanıb. Bununla da 7 oktyabr 2023-dən bəri davam edən 147 günlük savaşda ölənlərin sayı 30228 nəfərə, yaralı sayı isə 71 377-yə çatıb".
Tahir Şəlvəli
MİA.AZ