Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Müdafiə Sənayesi Agentliyinin prezidenti Haluk Gürgönlə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.
Onlar müdafiə sənayesi üzrə əməkdaşlığın gücləndirilməsi və mümkün asanlaşdırma sahələrini müzakirə ediblər.