Kosta-Rika millisinin "DÇ-2014"ün iki oyununda da qalib gələrək 1/8 finala vəsiqə qazanması FİFA-da şübhə yaradıb.
Məlumata görə, dünyanın ali futbol qurumu Amerika təmsilçisinin Bryan Ruiz və Keylor Navas da daxil olmaqla, ümumilikdə yeddi futbolçusunu dopinq-testden keçirib.
Komandanın qapıçısı Keylor Navas verdiyi açıqlamada komandada heç bir oyunçunun qanında dopinq olmadığını deyib.