Türkiyə dəniz polisi batma təhlükəsi ilə üzləşən daha 105 miqrantı xilas edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Sahil Mühafizə Komandanlığı məlumat paylaşıb.
Bildiriliib ki, yunan dəniz qüvvələri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 3 rezin qayıqdan ümumilikdə 105 qanunsuz mühacir xilas olunub: "Avropa ölkələrinə qanunsuz köç etmək istəyən 105 nəfərin 43-ü azyaşlı uşaqlardır. Onlar müvafiq sənədləşmədən sonra ölkələrinə göndəriləcəklər".
Firudin Səfərli
MİA.AZ