Rusiya hökuməti benzin ixracına qadağa tətbqi edib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hökumət açıqlama verib.
Açıqlamaya görə, yanacaq bazarında sabitliyin qorunub saxlanılması üçün tədbirlərin görülür: "Bu çərçivədə 1 mart tarixindən etibarən benzin ixracının 6 ay müddətinə qadağan edilib".
Məlumatda deyilir ki, bu qərar hökumətlərarası razılaşmalar çərçivəsində Avrasiya İqtisadi Birliyi ölkələri üçün keçərli deyil.
Baş nazirin müavini Aleksandr Novak isə yerli mətbuata qadağanın gələcəkdə uzadılıb-uzadılmayacağı barədə indidən danışmağın tez olduğunu deyib: "Ancaq bu qadağa daha tez də aradan qaldırıla bilər".
Xatırladaq ki, Rusiya hökuməti bundan əvvəl, daha dəqiqi, 2023-cü ilin sentyabrında da benzinin ixracına qadağa qoysa da, cəmi 2 ay sonra bu yöndəki qərarı ləğv etmişdi. O vaxtı da hökumət bunu ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqələndirmişdi.
Samir Musayev
MİA.AZ