Türkiyədə 31 martda keçiriləcək muxtar seçkilərinə qatılan model hədələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə gün əvvəl Diyarbəkirin Bağlar rayonundan seçkilərə qatıldığını elan edən tanınan model Simurq Sarsılmaz bu gün təhdid olunması barədə bəyanat yayıb.
Simurq Sarsılmaz bildirib ki, seçkyə qatılmaq qərarı dəqiqləşəndən sonra ona çoxsaylı hədə-qorxu, təhdid mesajları gəlib: "Yüzlərlə saxta hesabdan ölüm təhdidləri aldım. Psixologiyam pozuldu, artıq dərmanlarla yaşayıram. Diyarbəkir Respublika Prokurorluğuna gedəcəyəm və bunlarla bağlı şikayət edəcəyəm".
Model daha sonra təhdidlər səbəbindən namizədliyini geri götürdüyünü bəyan edib: "Artıq seçkidə yoxam, muxtarlığa namizəd deyiləm...".
Xatırladaq ki, ötən gün model sosial media hesabından seçicilərə müraciət edərək, səs istəyib. Bu gün isə vəziyyət 180 dərəcə dəyişib.
Onu da qeyd edək ki, modelin məhəllə muxtarlığına seçkidə 4 kişi rəqibi var.
Ləman
MİA.AZ