Rusiya döyüş təyyarələri Suriyada Bəşər Əsəd rejiminə müxaliflərin nəzarətində olan İdlib şəhərini bombalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rusların avizazərbələri nəticəsində bir mülki şəxs ölüb, 5-i yaralanıb.
Məlumata görə, hücum bu gün yerli vaxtla saat 10.02-dəbaşlayıb. Latakiyadakı Hmeymim Hava Bazasından havalana 2 Rusiya döyüş təyyarəsi İdlib şəhər mərkəzinin qərbindəki dülgər sexinə 4 zərbə endirib.
Xatırladaq ki, 2017-ci ildə keçirilən Astana görüşündə Türkiyə, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəliblər.
Dəməşq rəhbərliyi, İranın dəstəklədiyi terrorçular və Rusiya birgə hərəkət edərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyir.
Türkiyə 2018-ci ilin sentyabrında atəşkəslə bağlı usiya ilə əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən başlayıb. Türkiyə və Rusiyanın 5 mart 2020-ci ildə əldə etdiyi yeni razılaşmadan sonra atəşkəs təmin olunub. Lakin ara-sıra belə zərbələr yaşanır.
Lamiyə Əhmədli
MİA.AZ