Qəzzada həlak olanların sayı 30 mini keçib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra məlumat açıqlayıb.
Onun sözlərinə görə, Qəzza şəhərinin cənubunda Nablusi qovşağı yaxınlığında humanitar yardım gözləyən fələstinlilər bombalanıb: "Nəticədə 70 nəfər orada ölüb, 100-dən çox yaralı var. Bununla da 7 oktyabrdan bu yana İsrail tərəfindən öldürülən fələstinlilərin sayı 30 mini ötüb. Onlardan ən azı 12660 uşaq və 8570 nəfəri isə qadındır...".
Tahir Şəlvəli
MİA.AZ