İsrailin "Eurovision" mahnı yarışmasına təqdim elədiyi ikinci mahnı da qəbul olunmayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri barədə İsrailin “Ynet” xəbər saytı məlumat yayıb.
Sayt Xarici İşlər Nazirliyiinə istinadla yazıb ki, Avropa Yayım Birliyi İsrailin müsabiqədə iştirak etmək üçün təqdim etdiyi ikinci mahnını da rədd edib: "İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnı olan “Oktyabr yağışı” kimi, "Dance Forever" mahnısı da HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də həyata keçirdiyi hücuma işarə edir. Yəni, bu mahnı da siyasi məzmunlu hesab olunub. O səbəbdən qəbul edilməyib".
İsrailin KAN telekanlı isə bildirib ki, ölkəsi bu iki mahnıdan birinin müsabiqədə səsləndirməsində israrçıdır: "Daha dəqiqi, birinci mahnının yarışa buraxılması üçün səylər davam etdirilir".
Ləman
MİA.AZ