"Çexiyanın Ukraynaya silah-sursat yardımı ilə bağlı başlatdığı kampaniyaya dəstək verəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Belçikanın xarici işlər naziri Hadja Lahbib sosial media hesabında yazıb.

Nazirin sözlərinə görə, ölkəsi Ukraynaya 200 milyon avro dəyərində sursat göndərəcək: "Ukraynanın azadlıq mübarizəsi həm də bizim təhlükəsizliyimizdir. Odur Ukraynaya dəstəyimiz davamlı olacaq".

Xatırladaq ki, Çexiyanın baş naziri Petr Fiala dünən mətbuata verdiyi açıqlamada bildirib ki, Avropa İttifaqı ölkələri onun təşəbbüsünə dəstək vədi vəd veriblər.

Zülfiyyə

MİA.AZ