"Bir neçə gün ərzində Qəzzada atəşkəs elan olunacağına inanır və bunu gözləyirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.

O, atəşkəsdən sonra Qəzza zolağındakı insanlara hər sahədə real yardımın başlayacağınıd a qeyd edib.

Misir lideri bildirib ki, 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövləti elan olunana qədər Fələstin davasına dəstəkləri davam edəcək.

Lamiyə Əhmədli

MİA.AZ