İranda polis maşını partladılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın Sistan-Bəlucistan əyalətində polis idarəsi qarşısında patrul maşınına bomba yerləşdirmək istəyən şəxs bombanın işə düşməsi nəticəsində ölüb.
İRNA-nın məlumatına görə, bu barədə Sistan-Bəlucistan əyalətinin prokuroru Mehdi Şəms Abadi açıqlama verib.
O bildirib ki, patrul maşınına bomba yerləşdirmək istəyən 2 terrorçudan biri partlayış nəticəsində ölsə də, digəri qaçmağı bacarıb: "Hazırda onun tutulması üçün əməliyyat axtarış tədbirləri görülür".
Tahir Şəlvəli
MİA.AZ