Ukrayna hava qüvvələri Rusiyanın iki "Su-34" döyüş təyyarəsini vurub.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat yayıb.

General bildirib ki, Rusiyaya məxsus "Su-34" tipli təyyarələrindən birini bu gün ölkənin şərq istiqamətində düşürüblər: "Dünən rus pilotları raketlərimizdən qaçmağı bacardılar, lakin bu həmişə belə olmayacaq. Bu səbəbdən işğalçı pillotlara hər uçuşdan əvvəl ailələrini görmələrini tövsiyə edirəm. Çünki dünənki kimi bəxtlərinin gətirəcəyini kim bilə bilər ki... Necə ki, bu gün bir qırıcını vurduq".

Nikolay Oleşçuk sosial media hghesabındakı başqa bir paylaşımında isə bu gün yerli vaxtla saat 14.00-da daha bir Su-34 markalı rus qırıcısının vurulduğunu bəyan edib: "Biz işimizə davam edirik".

Zülfiyyə

MİA.AZ