Lüks avtomobilin üstə çıxaraq havaya pul səpən, daha sonra belindən tapança ilə pozalar verən sosial media fenomeni Aleyna Dalveren saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, pulsəpmə görüntüsündən sonra istanbul polisi Aleyna Dalveren barədə araşdırma aparmağa başlayıb.
Məlumaat gərə, araşdrıma çərçivəsində bu gün sosial media fenomeni tutulub.
"İnstaqram"da 2,6 milyon izləyicisi olan Aleynanın evində axtarış aparılıb.
Türkiyə mətbuatı yazır ki, axtarış zamanı 1200 dollar, 250 avro, 50 Azərbaycan manatə, 50 Ukrayna pulu, pul sayan aparatı, əl qandalları və sair sübutlar götürülüb.
Ləman
MİA.AZ