Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qızı Məryəm Nəvaz Pəncab əyalətin baş naziri olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Məryəm Nəvaz əyalət məclisində keçiirlən səsvermə ilə ölkə tarixində bir ilkə imza atıb.
Ona qədər heç bir qadın əyalət baş naziri seçilməyib.
Xatırladaq ki, Seçkilərdə həbsdə olan sabiq baş nazir İmran Xanın partiyası - Pakistan Ədalət Hərəkatının (PTI) namizədi Rana Aftabla Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) sədr müavini və keçmiş baş nazir Şərifin qızı Məryəm Nəvaz rəqabət aparıblar. Lakin Məryəm Nəvaz 371 yerlik Pəncab məclisindəki deputatların 220-nin səsini qazana bilib.
Xatırladaq k, PML-N 193 yerlə Pəncab parlamentində üstünlüyə sahibdir.
Lamiyə Əhmədli
MİA.AZ