Türkiyə superliqasının 27-ci turunda "Qalatasaray" "Biteksen Antalyaspor"la qarşılaşmadan qalib ayrılıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Aslan"a qalibiyyət gətirən qolları Kərəm Aktürkoğlu vurub - 2:1.
O, 11-ci dəqiqədə penaltidən hesabı açıb. Qonaq komanda 33-cü dəqiqədə hesaba tarazlıq gətirib - 1:1.
45-ci dəqiqədə Kerem Aktürkoğlu qələbə qoluna imza atıb - 2:1.
Beləliklə, ardıcıl 8-ci qələbəsini qazanan "Qalatasaray" 72 xalla lider kürsüsünü əzəli rəqibi "Fənərbağça"ya buraxmayıb.
Fərid Aslan
MİA.AZ