Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbağça" "MKE Ankaragücü" ilə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunda gözlənilməz nəticə alınıb.

Qarşılaşmaya sürətli başlayan "Ankaragücü" 10-cu dəqiqədə "Qalatasaray"dan transfer etdiyi Morutanın qolu ilə hesab açıb - 1-0.

"Ankaragücü" 33-cü dəqiqədə Anastasios Çatziqiovanislə fərqi ikiyə çatdırıb - 2:0.

Matçın son anlarında səhnəyə çıxan Rodriges hesabı yekunlaşdırıb - 3-0.

Qalan dəqiqələrdə başqa qol olmayıb.

Beləliklə, "Fənərbağça" darmadağınla kubok yarışından kənarda qalıb. Əmre Belözoğlunun komandası isə növbəti mərhələyə yüksəlib.

Fərid

MİA.AZ