"Hizbullah"ın daha bir yüksək rütbəli komandiri öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə israil ordusu açıqlama verib.
Bildirilib ki, Livanın cənubuna həyata keçirilən aviasiya hücumu nəticəsində "Hizbullah"ın yüksək rütbəli komandirlərindən olan Həsən Hüseyn Səlami zərərsizləşdirilib: "Salami "Hizbullah"ın hərbi qanadında briqada komandiri idi...".
"Hizbullah" faktı təsdiqləyib.
Firudin Səfərli
MİA.AZ