İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ərdoğanın lideri olduğu Cumhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Murat Kurumu dəstəklədiyini bəyan edən keçmiş baş nazir Tansu Çillərin barəsində diqqətçəkən fakt açıqlayıb.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bu gün İstanbulda tədbirdə çıxış edən Əkrəm İmamoğlu indiyə qədər 180 min nəfəri işlə təmin etdiklərini, 100 min tələbəyə hər ay 7500 lirə təqaüd verdiklərini və sair görülən işlərədn söz açdıqdan sonra Tansu Çillərin Murak Kurumu dəstəkləyən sözlərinə toxunub: "Ona niyə dəstək verdiyini bilirəm. zatən çox adam bilir. Çünki Sarıyerdə ona məxsus 13 min kvadratmetr ərazi var. O, həmin əraziyə qanunsuz yolla tikintiyə sənəd almışdı, biz də məhkəməyə verib, onu ləğv etdik. Bundan sonra niyə mənə dəstək olmalıdır?! O səbəbdən kimə harada dəstək olacağını bilir. O, şəxsi qazancını, mənafeyini güdür, mən isə çalışıram ki, millətimə qazanc edim. Fərqimiz budur".
İmamoğlu daha sonra əsas rəqibinə "yüklənib", onu yalan danışmaqda ittiham edib: “Necə də yalan danışmaqda mahirdirlər, üzləri belə qızarmır...”.
Tahir Şəlvəli
MİA.AZ