"Xocalıda daha bir kütləvi məzarlıq aşkar edilib".
Mia.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media hesabında yazıb.
O, daha sonra qeyd edib: "Bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapıldı".