31 martda Türkiyəədd keçiriləcək bələdiyyə seçkilərində Ərdoğanın lideri olduğu AK Partiya ilə anlaşa bilməyən Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan canlı yayımda bunun səbəbini açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TV100 telekanalının aparıcılarının suallarını cavablandıran Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan əsasən İstanbulda AK Partiyaya dəstək vermək məsələsinin aktual olduğunu qeyd edib: "Biz dedik ki, İstanbul Böyükşəhər Bələdiyyəsində sizin namizədliyinizi dəstəkləyək, ancaq bunun qarşılığında İstanbulun Anadolu yakasında bir, Avropa səmtində daha bir rayon bələdiyyəsinin sədrliyi bizə verilsin. Ancaq onlar dedi ki, artıq namizədləri müəyyən olunub deyə buna gedə bilməzlər. Bu səbəbdən biz də dəstəyimizi geri çəkdik".
Jurnalist Gürkan Hacırın tələb olunan rayon bələdiyyələrinin "Arnavutköy və Sultanbəyli deyilmi?" olub-olmadığını soruşub.
Ərbakan bu sualı belə cavablandırıb: "Adın çox önəmli olmadığını dedik. Düzdür, heç onlar da “Yaxşı, nə istəyirsən?” demədilər. Ona görə də konkret adlar üzrə müzakirə olmadı...“.
Xatırladaq ki, bundan əvvəlki açıqlamada Ərbakan İstanbulda seçkinin hazırkı bələdiyyə sədri Əkrəm İmamoğlunun qazanacağını iddia edib.
Samir Musayev
MİA.AZ