İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində hərəkətdə olan bir avtomobili PUA ilə vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zərbə nəticəsində 2 fələstinli həlak olub, 15-i yaralanıb.
Cenin İbni Sina Xəstəxanasından verilən açıqlamaya görə, yaralılardan çoxunun vəziyyəti ağırdır.
Məlumatda deyilir ki, bununla da 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qanunsuz məskunlaşan sivil yəhudiləriin hücumları nəticəsində 404 fələstinli həyatını itirib.
Lamiyə Əhmədli
MİA.AZ