ASAL Araşdırma Mərkəzi Türkiyədə partiyaların reytinqi ilə bağlı sorğu keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərkəz paytaxt Ankara və İstanbul başda olmaqla iri şəhərlərdə 2 min nəfərə "Bu bazar günü parlament seçkisi olsaydı, hansı siyasi partiyaya səs verərdiniz?” sual ünvanlayıb.
Məlumata görə, respondentlərin 34.4 faizi Ərdoğanınideri olduğu AK Partiyaya, 23, 2 faizi isə CHP-yə üstünlük verib.
Diqqətçəkən budur ki, 14 may seçkilərində CHP çətiri altında seçkiyə qatılaraq 10-20 deputat yeri qazanan DEVA, Gələcək, Səadət və Demokrat Partiyasına səs verən omayıb.
Beləliklə, sorğunun nəticəsi belədir:
AK Partiya: 34,8%
CHP: 23,2%
MHP: 9,7%
DEM Partiyası: 9,4%
İYİ Partiya: 8,5%
Yenidən rifah: 4,8%
Zəfər Partiyası: 3,7%
Türkiyə İşçi Partiyası: 2,1%
Məmləkət Partiyası: 0,8%
Lamiyə Əhmədli
MİA.AZ