Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan azərbaycanlı idmançı Kamil Zeynallının saxlanılıb buraxılmasına münasibət bildirib.

Mia.az Teleqraf-a istinadla xəbər verir ki, o, məsələ ilə bağlı tədbirin görüləcəyini iddia edib.

“Əminəm ki, tədbirlər olacaq, amma indi ətraflı danışmaq istəmirəm, çünki məsələ ilə əlaqədar kollegial müzakirə aparılmalıdır”, - Qriqoryan deyib.

Ermənistan rəsmisi Rusiyaya etiraz notasının olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: “Tələsmək lazım deyil, nə vaxt rəsmi cavab olacaq, onda danışarıq”.

Xatırladaq ki, Kamil Zeynallı dünən Moskvada saxlanılmışdı. Onun barəsində “cinayət işi”nin açıldığı və Ermənistanın sorğusu əsasında saxlanıldığı bildirilmişdi. Amma az sonra idmançı sərbəst buraxıldı, o, artıq Bakıdadır.