Türkiyə kəşfiyyatı (MİT) Suriyada daha bir əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MİT-in Suriyanın Qamışlı bölgəsində keçirdiyi əməliyyatla PKK/YPG-nin sözdə liderlərindən sayılan "Renas Amed" kod adlı Murat Ateş məhv edilib.
Məlumata görə, Murat Ateş 2014-cü ildə Avropadan PKK terror təşkilatına qoşulub. O, 2014-2016-cı illər arasında İraqın Qəndil, Avaşin və Qare bölgələrində silahlı fəaliyyətlər həyata keçirib və Türkiyə Silahlı Qüvvələrinə (TSQ) qarşı sızma tipli hərəkətlərdə iştirak edib.
2016-cı ildə Suriyaya köçüb. 2017-ci ildə təşkilatın üst rəhbərliyi tərəfindən Suriyanın Qamışlı şəhərində PKK/YPG-nin maddi-texniki təchizatı və maliyyəsi adlanan məsul vəzifəyə təyin edilib.
2020-2023-cü illər arasında o, Suriya/Kasra bölgəsində logistikaya cavabdeh olub. Murat Ateş həm də vəzifəsi çərçivəsində təşkilatın qanunsuz pul dövriyyəsini idarə edən şəxslər arasında olub.
Firudin Səfərli
MİA.AZ