"Gürcüstanı NATO-nun tamhüquqlu üzvü kimi görmək istəyirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə qurumun mənzil-qərargahında görüşdə deyib.
O, Gürcüstanın NATO və Avropa İttifaqının (Aİ) bir hissəsi olmasını dəstəklədiklərini vurğulayıb.
Stoltenberq NATO-nun tərəfdaşı olan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini də sözlərinə əlavə edərək, bildirib ki, Rusiya Gürcüstanın işğal etdiyi bölgələri tərk etməlidir: "Bu işğal qəbuledilməzdir".
Gürcüstan və NATO arasında tərəfdaşlığın daha da yüksəldilməsinin vacib olduğunu qeyd edən Stoltenberqin sözərinə görə, Gürcüstanın Avro-Atlantik ailəsinə tam üzvlüyünü, eləcə də demokratiya və rifah istiqamətində irəlilədiyini görmək istəyirlər.
Kobaxidze isə deyib ki, ilk xarici səfərinin Brüsselə - Aİ və NATO-ya etməsi ölkəsinin Avropanın bir hissəsi olmaq istəyindən qaynaqlanır.
Tahir Şəlvəli
MİA.AZ