İsrail işğal altında olan İordan çayının qərb sahilində yeni həbslər həyaata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi son məlumatı açıqlaylb.
Məlumata görə, dünəndən bəri Şərqi Qüdsdə, eləcə də Ramallah, Yerixo, Hebron, Beytləhm və Tubas şəhərlərində 7-si uşaq olmaqla ümumilkdə 30 fələstinli saxlanılıb: "Bununla da oktyabrın 7-dən etibarən tutulanların sayı 7150-yə yüksəlib".
Tahir Şəlvəli
MİA.AZ