CHP-də namizədliyi ilə bağlı son ana qədər gərgin və dəyişkən qərarların olduğu, ancaq bu gün yenun olaraq Hatay Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd göstərilən Lütfü Savaş dərhal şəhərdə güc nümayişi göstərib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, tərəfdarlarını toplayaraq, ilk seçki anonslarını verib, bununla bərabər, alternativi olaraq adları ghallanan müğənni Haluk Leventlə, sabiq futbolçu, hazırda Hataydan deputat olan Gökhan Zanın adlarını çəkmədən onlara replika atıb: "Güvən pulla, şöhrətlə, mahnı oxumaqla, top oynamaqla olmur. Bu güvən, etibar, etimad sizin (seçiciəri nəzərdə tutur - Mia.az) duruşunuzdur".

Məlumata görə, Lütfü Savaşın bu sözlərindən sonra aksiyaçılar Levent və Zanı fitə basıblar.

Zülfiyyə

MİA.AZ