Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Mia.az report-a istinadla xəbər verir ki, Ş.Mişel bu barədə “X”də yazıb.
Tərəflər Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər: “Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”.