Fransa müxallif lideri Aleksey Navalnının həbsxanada qəfil ölümü ilə bağlı Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejourne Argentinaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Parisdəki səfiri rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümündən sonra nazirliyi çağırılıb: “Səfirdən buna görə izahat istəniləcək. Əslində, Rusiya prezidenti Vladimir Putin rejimi bu ölümləı əsl üzünü göstərdi...".

Xatırlafdaq ki, indiyə qədər Rusiyanın Madrid, Stokholm, Berlin, Haaqa və Oslodakı səfirləri də Navalnının ölümünə görə təmsil olunduqları ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb.

Qeyd edək ki, 19 il müddətinə həbs olunan Aleksey Navalnı fevralın 16-da həbsxanada müəmmalı şəkildə vəfat edib.

Onun meyiti hələ də ailəsinə verilməyib.

Samir Musayev

MİA.AZ