Məşhur "Mercedes" şirkəti təxminən 250 min avtomobilini geri qaytaracaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, "Mercedes-Benz" potensial yanğın risklərinə qarşı ehtiyat tədbiri olaraq dünya üzrə təxminən 250 000 avtomobili, o cümlədən Almaniyada satışda olan 37 min avtomobili geri gətirdəcək: "Geri gətiriləcək markalar arasında "Mercedes"in 2023-cü il istehsalı olan AMG GT, C-Class, CLE, E-Class, EQE, EQS, GLC, S-Class və SL modelləri üstünlük təşkil edəcək"
DPA-nınməlumatına əsasən, "Mercedes-Benz" geri çağırılan maşınlardakı problemi pulsuz həll edəcək: "Planlanan detalın dəyişməsi bir maşın üzrə ortalama 2-5,5 saat arası çəkəcək".
Samir Musayev
MİA.AZ