Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planının 2024-cü ildə öhdəlikdə olan tədbirlərin təşkilinin satın alınması” tenderinin nəticələrini elan edib.
Mia.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Ukrayna Ticarət Evi" MMC olub.
Qalib şirkətlə 1 679 966 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Ukrayna Ticarət Evi” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlibala Məhərrəmzadə Səttar oğludur. Hüquqi ünvanı AZ1007, Bakı Şəhəri Nəsimi Rayonu, Xan Şuşinski, Ev 48, M2, m. 1 ünvanında yerləşir.
MİA.AZ