CHP-də etirazla qarşılanan Hatay Böyükşəhər Bələdiyyə sədri Lütfü Savaşın 31 martda keçiriləcək bələdiyyə seçkiərində yenidən həmin şəhərdən namizəd olması sual altına düşməsi qardaş ölkədə böyük maraq oyadıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Lütfü Savaşın namizədliyinin siual altına düşməsindən sonra partiya rəhbərliyi "Hatayspor"un baş məşqçisi, keçmiş məşur futbolçu Volkan Dəmirəlin qapısını döyüb.

Türkiyə mətbuatı yazır ki, CHP rəhbərliyi "Gəl, Hatay bələdiyyəsinə namizədimiz ol" təklif etdiyi Dəmirəl onlara yox cavabı verib: "Siyasət mənlik deyil, anlamıram. Mənim işim futboldur”.

Tahir Şəlvəli

MİA.AZ