Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində Britaniya gəmisini, Hudeyda isə ABŞ-ın pilotsuz uçuş aparatını (PUA) vurduqlarını iddia ediblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Seri brifinq keçirib.
O bildirib ki, İngiltərənin "RUBYMAR" gəmisi Qırmızı dənizdə çox sayda uyğun "dəniz raketi" ilə vurulub: "Gəmi çox ciddi zədə alıb. Batma təhlükəsi olan gəmidən heyətin təhlükəsiz şəkildə çıxmasını təmin etdik...".
Szöçü qeyd edib ki, bununla bərabər, ABŞ-ın MQ9 tipli pilotsuz uçuş aparatı da "müvafiq raketlər"lə sıradan çıxaırlıb
Böyük Britaniya və ABŞ tərəfindən hücumla bağlı heç bir açıqlama verilməyib.
Tahir Şəlvəli
MİA.AZ