İordan çayının qərb sahilində İsrail əsgərləri 2 fələstinlini öldürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İordan çayının qərb sahilində Tulkərim şəhərində keçirilən əməliyyatda fələstinlilərlə toqquşma olub: "Nəticədə açılan atəşlə 19 yaşlı Nabil Əmir və 36 yaşlı Məhəmməd əl-Avfi ölüb, bir nəfər isə yaralanıb".

Məlumata görə, İsrail əsgərləri Avfinin cənazəsini hələ də ailəsinə təhvil verməyib.

Xatıradaq ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 397 fələstinli öldürülüb.

Həmi tarixdən bu yana Qəzza zolağında isə 28 985 mülki şəxs həıyatını itirib.

Tahir Şəlvəli

MİA.AZ