Türkiyənin Mardinin Kızıltəpə rayonunda iki ailə arasında kütləvi dava düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əşirət mənsubları daş, çubuq və tapança ilə silahlanaraq bir-birlərinə hücum ediblər.
Məlumata görə, kütləvi dava nəticəsində 17 nəfər yaralanıb.
Hadisə yerinə çoxsaylı jandarma qüvvələri yeridilib.
Məlumata görə, yaralılar xəstəxanalara aparılıb: "Jandarma məhəllədə təhlükəsizlik tədbirlərini gücləndirib...".
Firudin Səfərli
MİA.AZ