Sona 5 tur qalan Türkiyə Super Liqada 2023/24 mövsümünün çempion və aşağı liqaya düşəcək komandalar arasına gərgin mübarizə gedir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, azarkeşlər maraqlı turnuir cədvəlinin üst və aşağı sıralarını əsasən izləyir. 

Belə bir məqamda futbol üzrə proqnozları ilə məşhurlaşan "Euro Club Index" Super Liqanın 2023/24 mövsümünün son 5 həftəsi üzrə ilk 5-lik və aşağı - birinci liqaya düşəcək komandaların adları və toplayacaqları xalla bağlı maraqlı proqnoz verib.

Proqnoza görə, Super Liqanı tərk edəcək 3 komanda “İstanbulspor”, “Pendikspor”, “Hatayspor” və "Fatih Karagümrük" olacaq: "Liqanı sonuncu sırada tamamlayan komanda 18 xalla İstanbulspor olacaq. İbrahim Üzülməzin sükanı arxasında olan "Pendikspor" 36 xalla, Volkan Dəmirəlin komandası "Hatayspor" isə 38 xalla, Tolunay Kafkasın komandası "Fatih Karagümrük" isə 39 xalla  liqa ilə vidalaşacaq.

Super Liqada 2023-2024-cü il mövsümünün ilk 5-liyi isə belə sıralanacaq:

Qalatasaray: 102 xal

Fənərbağça: 97 xal

Trabzonspor: 64 xal

Beşiktaş: 60 xal

Başakşehir: 58 xal".

Fərid Aslan

MİA.AZ